Zakir Həsənov: "Düşmənin 20-dək canlı qüvvəsi məhv edilib, xeyli sayda yaralısı var, hərbi texnikası sıradan çıxarılıb"

20:02 25 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər iki binada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan zallarda ucaldılmış büstlərin önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Müdafiə nazirinə məlumat verilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin yerləşdiyi 2 mərtəbəli bina 50-dək inzibati, xidməti iş otaqları, eləcə də beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş bir neçə konfrans, sindikat və görüş zallarından ibarətdir.
Şəxsi Heyət Baş İdarəsi, onun tabeliyində olan idarə və xidmətlər üçün əsaslı təmir olunan 3 mərtəbəli binanın 100-dək inzibati və xidməti iş otaqlarına yüksək texnologiyalı, geniş imkana malik telefon xətləri çəkilib, bütün kommunikasiya sistemləri yenilənib, ərazidə ağac və dekorativ gül kolları əkilib.
Hər iki idarənin şəxsi heyəti qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar maddi-texniki bazanın möhkəmləndirilməsini, müasir xidməti mənzillərin, yeni əsgər kazarmalarının, məişət obyektlərinin, müxtəlif təyinatlı xidməti və digər binaların tikilərək hərbçilərin istifadəsinə verilməsini xüsusi vurğulayıb: "Beynəlxalq hərbi əməkdaşlıq istiqamətində qarşıda duran əsas vəzifəmiz respublikamızın strateji maraqlarına uyğun olaraq, beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsasda hərbi əməkdaşlığı genişləndirərək haqq işimizi dünyaya çatdırmaqdan ibarət olmalıdır. Bunun üçün həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq əməkdaşlıq inkişaf etdirilməli və ən vacibi dövlət maraqlarımız daim qorunmalıdır.
Şəxsi heyətin idarə olunmasında sosial ədalət və bərabərlik prinsipləri rəhbər tutulmalı, diqqət və qayğı hər an hiss edilməlidir. Dövlətimizin və xalqımızın qayğısı ilə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılan imkanlardan maksimum istifadə olunmalıdır. Kadrların seçilməsi, yerləşdirilməsi, vəzifələrə təyin edilməsinə də planlı rotasiya qaydasında yanaşılmalı, hər bir şəxsin müsbət və mənfi cəhətləri aşkar edilməli və vəzifəyə təyin edilərkən bu amillər mütləq nəzərə alınmalıdır. Həvəsləndirmə, mükafatlandırma, cəzaların tətbiq edilməsində əsasnamələrin və nizamnamələrin tələblərinə ciddi əməl edilməli, nizam-intizamın daim möhkəmləndirilməsi üçün lazım olan bütün addımlar atılmalıdır.
Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə daim ciddi məşğul olunmalı, hər bir şəxsin qayğı və problemləri dərindən öyrənilməli, fərdi yanaşma prinsipi daim rəhbər tutulmalıdır. Aparılan bütün tərbiyəvi iş ümummilli liderimiz Heydər Əliyevin irsinə, milli-mənəvi dəyərlərimizə söykənməklə yanaşı qabaqcıl təcrübə, iş, forma və üsulları özündə əks etdirməlidir.
Ən əsası isə heç vaxt unutmaq olmaz ki, ordumuzun ən müqəddəs vəzifəsi Dağlıq Qarabağın işğaldan azad edilməsidir. Son vaxtlar Silahlı Qüvvələrimiz cəbhədə düşmən üzərində üstünlüyə nail olub.
Qısa bir müddətdə düşmənin 20-dək canlı qüvvəsi məhv edilib, xeyli sayda yaralısı var, hərbi texnikası sıradan çıxarılıb, atəş nöqtələri susdurulub. Lakin əldə olunanlarla rahatlaşmaq olmaz. Bizim fəaliyyətimiz və cəbhədə tətbiq etdiyimiz taktika hərbi bölmələrimizin döyüş təcrübəsi qazanmasına imkan yaradaraq torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə yönəlməlidir".
Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəxsi heyəti qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edən Müdafiə naziri 2016-cı tədris ilində döyüş hazırlığının gücləndirilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq tövsiyə və tapşırıqlarını verib.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/zakir-hesenov-dusmenin-20-dek-canli-quvvesi-mehv-edilib-xeyli-sayda-yaralisi-var-herbi-texnikasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR