ANS televiziyasının “Xəbərlər” departamentinin baş redaktoru, jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədova iki ildir mübarizə apardığı və müalicə olunduğu bildirilən leykoz xəstəliyinə yenidən tutulub.

Musavat.com-un məlumatına görə, bu barədə Murad Hüseynov sosial şəbəkələrdə məlumat verib. Gülər Məmmədova iki gün əvvəl Türkiyədə müayinə olunub və həkimlər acı xəbəri çatdırıblar. Bakıya qayıdan iki övlad anası hazırda Mərkəzi Klinikadadır. ANS “Xəbərlər” departamentinin baş redaktorunun dostları isə sosial şəbəkələr vasitəsilə jurnalistlərdən və vətəndaşlardan yardım istəyiblər. Gülər Əhmədovaya bu gün ərzində IV qrup qan vermək üçün 10 donora ehtiyac var.

Qeyd edək ki, Gülər Məmmədovanın bundan əvvəlki müalicəsinə 120 min manatdan çox vəsait xərclənmişdi.

Milli.Az



Jurnalistin həyat yoldaşının ağır xəstəliyi qayıtdı: qan lazımdır!