Finlandiya polisi qaçqınların qəbul mərkəzinin yandırılması cəhdinin qarşısını alıb

Finlandiya polisi qaçqınların qəbul mərkəzinin yandırılması cəhdinin qarşısını alıb
12:32 26 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Finlandiyanın Turku şəhərində naməlum şəxslər qaçqınların qəbul mərkəzi kimi istifadə olunması nəzərdə tutulan məktəbi yandırmaq istəyib.
"Report" "Yle"yə istinadən xəbər verir ki, Finlandiyanın cənub-qərbində baş verən bu hadisə polisin sayıqlığı sayəsində geniş miqyas almayıb. Belə ki, naməlum şəxsin məktəbi yandırmağa cəhd etdiyini görənlər dərhal polisə müracət edib. Polisin olay yerinə dərhal gəlməsi asayişi pozan naməlum şəxsin planlarını da pozub. Amma həmin şəxs qaçıb gizlənməyi bacarıb.
Hazırda bina boşdur, lakin tezliklə orada sığınacaq axtaranlar yerləşdiriləcək
Qeyd edək ki, bu məktəbi sentyabr ayında da yandırmaq istəmişdilər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/finlandiya-polisi-qacqinlarin-qebul-merkezinin-yandirilmasi-cehdinin-qarsisini-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR