Pakistanda zəlzələ nəticəsində üç nəfər həlak olub

Pakistanda zəlzələ nəticəsində üç nəfər həlak olub
19:13 26 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


İslamabad, 26 dekabr, AZƏRTAC
Əfqanıstanın şərqində, Tacikistanla həmsərhəd Bədəxşan əyalətində ötən gecə baş vermiş 6,9 bal gücündə zəlzələ Pakistanda da dağıntılara səbəb olub.
Xayber-Paxtunxva əyalətinin fövqəladə hallar idarəsinin nümayəndəsi Latif ur-Rexman bildirib ki, ilkin məlumata görə, Mardan şəhərində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Peşəvərdə 48, Svatda 17, Xanquda 8 nəfər dağıntılar altında qalııb.
Zəlzələ Tacikistanda və Hindistanda da hiss edilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR