4 gündür yerin altında yaşayır

16:24 27 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

4 gün əvvəl İzmirin Konak rayonunda 18 metr dərinlikli quyunun uçması nəticəsində onun altında qalan şəxsin sağ olduğu məlum olub. Lent.az Doğan xəbər agentliyinə istinadən məlumat verir ki, quyunu genişləndirmək üçün onun dibinə enən 37 yaşlı Beytullah Karakaş 4 gündür ki, xilas edilməsini gözləyir.

 

Hadisənin baş verdiyi yerə texnika gələ bilmədiyindən xilasedicilər çətinliklə də olsa, B.Karakaşı xilas etməyə çalışır. Onun sağ olması müəyyənləşəndən sonra xüsusi vasitə ilə yerin altına su və hava ötürülüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR