Dollar yenə bahalaşdı - 1.5561 manat

Dollar yenə bahalaşdı - 1.5561 manat
09:36 28 Dekabr 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Dollar bu günə də bahalaşma ilə başladı. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı ucuzlaşmasına səbəb olub.

Həftəsonundan sonra bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi 1.5540-dan
1.5561-ə yüksəlib.

Avronun məzənnəsində də yüksəliş qeydə alınıb. Ötən gün 1.7043-dən avro 1.7079-a qalxıb.

Rusiya rublu isə eyni qalıb. Dekabrın 25-də 0.0221 manata olan rubl olduğu kimi qalıb.

Ötən həftədən başlayan dollar ajiotajı həftəsonu "qara bazar"ın yaranmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, paytaxtda əhalinin sıx olduğu yerlərdə, xüsusən 28 May metrostansiyasının çıxışında və Səməd Vurğun parkının ərazisində bəzi şəxslər məhz 1990-cı illərdə olduğu kimi "qara bazar" adlanan qeyri-qanuni valyuta bazarı formalaşdırıblar. Həmin bazarda vətəndaşların əlində olan yerli valyutanı ucuz qiymətə alır, ABŞ pulunu isə dəyərindən çox baha satırlar.



Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Dollarla kredit götürənlərin aqibəti...

Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."

Bakıda dollar ajiotajı (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR