"Hesab edirəm ki, neftin qiymətinin azalması uzun müddət davam edə bilməz. Çünki müəyyən müddətdən sonra şirkətlər belə qiymətə tam hasilat etməyəcək. Neft azalarsa, tələb artacaq. Onda qiymətlər də qalxacaq", - baş nazirin müavini bildirib.
Qeyd edək ki, "Brent" markalı neftin dəyəri 2014-cü ilin iyunundakı rekord həddən artıq 70 % ucuzdur. 2015-ci ilin dekabr ayında "Brent" 2004-cü ildən bəri ən aşağı qiymətə - bir bareli 36 dollara satılır.