Azərbaycanlı müğənninin cəriməsi ləğv olundu (VİDEO)

Azərbaycanlı müğənninin cəriməsi ləğv olundu (VİDEO)
16:21 28 Dekabr 2015
38 Şou
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi müğənni Nura Surinin cəriməsini ləğv edib.

ANS PRESS-in məlumatına görə, bu barədə müğənni “facebook” səhifəsində məlumat yayıb.

İfaçı bildirib ki, nazirlik yazdığı ərizəyə müsbət cavab verib:

“Bu günüm xoş xəbərlə açıldı. Vergilər Nazirliyinə yazdığım ərizəyə baxıldı və müsbət cavab verildi. Yoxlanıldı və cəriməm ləğv olundu. Şükür, Allah hamının işini avand etsin”.

Bir müddət əvvəl Vergilər Nazirliyi müğənnini vergi borcuna görə min manat dəyərində cərimələyib.


Nura Surinin "facebook" səhifəsi

Vergilər Nazirliyi bir müddət öncə məlumatına görə, şou-biznes sahəsində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-sinin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.

Nazirlik gələn ildən vergi öhdəliklərini yerinə yetirməyən müğənnilərə qarşı cəza tədbirlərini daha da sərtləşdirmək niyyətindədir. Onların əmlakı siyahıya alınacaq, avtomobillərinə həbs qoyulacaq, ölkədən çıxmaları qadağan ediləcək. Borcu 2 min manatdan artıq olanlara isə cinayət işi açılacaq.


Nura Surinin "Səndən öyrəndim" mahnısı

Həmçinin oxuyun: Azərbaycan şoubiznesi dilə gəldi (FOTO)
Şou biznesə xəbərdarlıq: Vergini verməsəniz....

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR