Mərkəzi Bank kapitalizasiya potensialı aşağı olan banklar üzrə intensiv nəzarət rejimi tətbiq edib

Mərkəzi Bank kapitalizasiya potensialı aşağı olan banklar üzrə intensiv nəzarət rejimi tətbiq edib
15:08 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Maksim Tsurkov/

2014-cü ildə Azərbaycanda bank sisteminin xarici və daxili şoklara qarşı dayanıqlığı artırılıb, maliyyə sabitliyi qorunub, maliyyə resurslarının effektiv mobilizasiyası və bölüşdürülməsi təmin edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi mətbuatda dərc olunmuş 2015-ci il üzrə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Bəyanata əsasən, Mərkəzi Bank tərəfindən bank sektorunda əsas trendlərin diaqnostikası əsasında sistem əhəmiyyətli risklər preventiv qaydada məhdudlaşdırıb. “Kontr-tsiklik” idarəetmə və erkən xəbərdarlıq sistemləri gücləndirilib.

Sənəddə deyilir: "Sektorun aktivlərinin keyfiyyətinin qorunması və kredit risklərinin tənzimlənməsi məqsədilə portfelin strukturunun yenidən balanslaşdırılması istiqamətində müxtəlif vektorlu destimulyasiya tədbirləri həyata keçirilib, makroprudensial nəzarət çərçivəsi sərtləşdirilib".

Qeyd olunur ki, bankların kapitalizasiyası davam etdirilib. Kapitalizasiya potensialı aşağı olan banklar üzrə intensiv nəzarət rejimi tətbiq olunub. Kapitalizasiya qərarının qəbulundan (avqust 2012) ötən dövr ərzində bankların məcmu kapitalı 95 faiz və ya 2 mlrd. manat artaraq 4,2 mlrd. manata çatıb. Sektorun aktivlərinin 99 faizinə malik bankların kapitalının həcmi 50 mln. manatdan yuxarı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2349021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR