ABŞ-la Rusiya üç qruplaşmanı terror təşkilatı olaraq tanıdılar

ABŞ-la Rusiya üç qruplaşmanı terror təşkilatı olaraq tanıdılar
19:42 29 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Tərəflər Livandakı Hizbullah və Fələstindəki Həmasın terrorçu təşkilat olaraq tanınmasını müzakirə belə etməyiblər

Vaşinqton və Moskva Yaxın Şərqdəki üç qruplaşmanı terrorçu təşkilat olaraq tanıyıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.
"İŞİD, "əl-Qaidə" və "Cəbhət ən-Nusra"nın terrorçu təşkilat olaraq tanınmasında mövqeyimiz üst-üstə düşür. Bu əsasdır. Onlarla bağlı mövqeylərimiz tamamilə eynidir", - deyə nazir müavini söyləyib.
G.Qatilovun sözlərinə görə, ABŞ və Rusiya Livandakı "Hizbullah" və Fələstindəki "Həmas"ın terrorçu təşkilat olaraq tanınmasını müzakirə belə etməyiblər.

Qeyd edək ki, "Cəbhət ən-Nusra" "əl-Qaidə"nin qolu olub, Suriyada fəaliyyət göstərir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR