Tamah məqsədi ilə qətl törədən sinif yoldaşlarının məhkəməsi başladı

Tamah məqsədi ilə qətl törədən sinif yoldaşlarının məhkəməsi başladı
11:39 30 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tamah məqsədilə qətl törətməkdə təqsirləndirilən Muxtar Qədimov və Rüfət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı yanvarın 15-ə təyin edilib.

 

Qeyd edək ki,  hadisə bu il Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsi döngə 4, ev 16 ünvanında baş verib. Orada yaşayan Əzizə Həsənova mənzilində qətlə yetirilib. Evdən pul və qızıl zinət əşyalarının oğurlanması polisdə qətlin tamah məqsədi ilə törədilməsi ehtimalını yaradıb. Hadisədən bir neçə gün sonra qətlin törədilməsində şübhəli bilinən Xəzər rayon sakini 25 yaşlı Muxtar Qədirov Şimal Qress qəsəbəsində kirayə tutduğu evdə yaxalanıb. Muxtar Qədirovun bu cinayəti sinif yoldaşı Rüfət İsgəndərovla törətdiyi məlum olub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR