Həmrəylik Günü Azərbaycan xalqının sarsılmaz birliyinin simvoluna çevrilib

Həmrəylik Günü Azərbaycan xalqının sarsılmaz birliyinin simvoluna çevrilib
18:13 30 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 30 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün artıq ənənəvi bayramlarımızdan birinə çevrildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Həmrəylik Günü Azərbaycan xalqının sarsılmaz birliyinin simvoludur. Bu gününün qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Saleh Məhərrəmov vurğulayıb ki, azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri ölkələrdə bayram şənlikləri təntənəli şəkildə keçirilir. Dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunan Həmrəylik Günü Azərbaycan diasporunun fəaliyyətinin daha da genişlənməsinə stimul verir.
Al-əlvan bəzədilmiş səhnəyə Şaxta baba ilə Qar qızın gəlişi, incəsənət fakültəsinin tələbə və müəllimlərinin bir-birindən maraqlı ifaları tələbələr tərəfindən alqışlarla qarşılanıb.
Tədbir universitetin Sosial Xidmət Mərkəzində süfrə arxasında davam etdirilib.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR