ABŞ-da 40 illik qadağaya son

ABŞ-da 40 illik qadağaya son
11:17 2 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ 1975-ci ildən bəri ilk dəfə olaraq neftin ixracına başlayıb.
 
APA "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "ConocoPhillips" şirkətinə məxsus tanker Texas ştatında  limandan İtaliyaya yola salınıb. Limanın sahibi olan "NuStar Energy" şirkətinin nümayəndəsi Meri Rouz Braun deyib ki, neft və qaz kondensatını daşıyan tanker yükü İsveçrə şirkəti "Vitol Group"a təhvil verəcək.
 
"Bloomberg" agnetliyinin məlumatına görə, yaxın günlərdə Hyuston limanından "Vitol" şirkəti üçün xam neftlə dolu daha bir tanker yola düşəcək.
 
Xatırladaq ki, dekabrın 24-də Texas ştatında fəaliyyət göstərən "Enterprise Products" şirkətinin  İsveçrənin neft emalı zavodlarına 600 min barel həcmində neftin tədarükü ilə bağlı müqavilə imzaladığı elan edilib. Buradan dizel və yanacağın digər növləri Şimali Avropaya göndəriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR