Rusiya ailmləri "Ebola" virusuna qarşı peyvənd tapıblar

Rusiya ailmləri "Ebola" virusuna qarşı peyvənd tapıblar
16:04 30 Dekabr 2014
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada bir qrup alim "Ebola" virusuna qarşı peyvənd icad edib
APA-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburqda yerləşən Yoluxucu Xəstəliklərin Təhqiqatı İnstitutunun direktoru Oleq Kiselyov bildirib ki, institutun gənc alimləri tərəfindən hazırlanmış peyvənd hazırda genetik dayanıqlılıq testlərindən keçirilir.

"Ebola"ya qarşı peyvəndin Rusiya Müdafiə Nazirliyi Virusoloji Mərkəzinə göndərildiyini bildirən O. Kiselyov peyvəndin ilk olaraq heyvanlar üzərində sınaqdan keçiriləcəyini deyib: "Könüllülər üzərində isə peyvənd Afrikada sınaqdan keçiriləcək”.

O. Kiselyov peyvəndlə bağlı bütün sınaqların gələn ilin fevralında başa çatacağını qeyd edib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına əsasən, "Ebola"dan ölənlərin sayı 7693 nəfərə, xəstəliyə tutulanların sayı isə 19695 nəfərə çatıb. Bu virusdan ən çox ölüm halları Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/316733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR