[ 10 Fevral 2015 16:37 ]


Bakı – APA. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın Ukraynaya silah verəcəyi təqdirdə Moskvanın mümkün reaksiyası barədə fikirlərini açıqlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, N. Patruşev Moskvanın bu məsələdə diplomatik yollara üstünlük verəcəyini bildirib.

“Əgər onlar silah verəcəklərsə, münaqişədə gərginlik daha da artacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, hazırda ABŞ-da Ukraynaya müdafiə silahlarının verilməsini məsələsi nəzərdən keçirilir.