Yüzdən çox Ukrayna hərbçisi əsirlikdədir

Yüzdən çox Ukrayna hərbçisi əsirlikdədir
20:17 3 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

100-dən çox Ukrayna hərbçisi Donbassın Kiyevin nəzarəti altında olmayan ərazisində əsirlikdədir.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Stepan Poltorak məlumat verib.
"100-dən bir qədər çox insan əsirlikdədir, lakin bu işi Ukraynanın Təhlükəsizlik Xidməti əlaqələndirir. İş gedir. Biz öz tərəfimizdən problemi həll etməyə çalışırıq, lakin bu elə də sadə deyil, çünki hər dəfə mübadilə şərtləri dəyişir, yeni tələblər və yanaşmalar ortaya çıxır", - deyə o "Ukrainskie novosti" agentliyinə bildirib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR