Əməliyyatla gözəlləşən məşhurlarımız

Əməliyyatla gözəlləşən məşhurlarımız
14:37 4 Yanvar 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

Şou biznes nümayəndələri  gözəl  görünmək üçün həm pullarına qıyırlar, həm də canlarına...

Publika.az xəbər verir ki, yola saldığımız 2015-ci ildə bir sıra yerli məşhurlar gözəllik naminə cərrah bıçağı altına yatdılar. Ancaq əməliyyat masasına yatırılanlar arasında səhhətindən şikayətlənənlər də oldu.
 
İlin ilk əməliyyatı teleaparıcı Mətanət Əliverdiyeva üzərində reallaşdırılıb. Burnundan əməliyyat olunan Əliverdiyeva arıqladığı üçün burnunun uzandığından şikayətlənib. Cərrahlar da çıxış yolunu onun burnunun uc hissəsini kəsməkdə görüblər. Əməliyyat zamanı sümük müdaxiləsi olmayıb.

Əməkdar artist Zöhrə Abdullayeva gözündən əməliyyat olunub.
 
Teleaparıcı Lalə Mustafayeva bu ilin təkcə aprel ayında 3 plastik əməliyyat keçirib. ANS telekanalında qonaq olarkən özü bu haqda etiraf edib:
 
"Apreldə üç plastik əməliyyat keçirmişəm. Məndə ikitərəfli burun əyriliyi və gözümdə problem var idi. Əməliyyatla hər ikisini aradan qaldırdım. İndi xanımların əksəriyyəti dodaq problemini aradan qaldırmaq üçün silikon etdirirlər. Mən də bir vaxtlar belə bir səhvə yol vermişdim. Üçüncü əməliyyatım da bununla bağlı idi. Dodaqlarımdakı silikonları çıxartdırdım".
 
Digər teleaparıcı Zülfiyyə Bayramova isə böyrəklərindən əməliyyat olunub. Xatırladaq ki, Zülfiyyə Bayramova İlqar Mikayıloğlunun həyat yoldaşıdır.
 
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova burun əməliyyatı etdirib.
 
Teleaparıcı Samirə Mustafayeva da əməliyyat olunub. Ancaq bu əməliyyatın nə ilə bağlı olduğunu açıqlamasa da, bunun plastik əməliyyat olmadığını vurğulayıb.
 
Mətbuat teleaparıcı Elnarə Təhməzovanın keçirdiyi plastik əməliyyat barədə cərrahından xəbər tutub. Plastik cərrah "ANS telekanalının gözəl və sevilən aparıcısı Elnarə Təhməzova ilə əməliyyatdan əvvəl. Yeni verilişlərə başlamazdan əvvəl kiçik bir dəyişiklik etdik. Fotosunu paylaşmağımı özü istədi. Mən də ona yeni mövsümdə uğurlar arzulayıram" sözlərini yazsa da, Təhməzova xəbəri təkzib edərək əməliyyat etdirmədiyini vurğulayıb.
 
Aşıq Samirə damağından əməliyyat olunub. O, damaq ilə bağlı kompleksi olduğunu, bu səbəbdən əməliyyat etdirmək məcburiyyətində qaldığını deyib.
 
"Elit star" Cəmilə isə belindən əməliyyat olunub.
 
İdeal burun arzusu ilə plastik cərrah bıçağı altına uzananlardan biri də Xatun Əliyeva olub. O, arıqladığı üçün burnunun uzun göründüyündən şikayətlənib.
Sevinc Ağaşirinova da burnundan əməliyyat olunub. Bu, onun 3-cü burun əməliyyatıdır.
 
Ayan Babakişiyeva isə ilin son aylarında da olsa, özünü burnundan əməliyyat olunan məşhurlar sırasına qatmağa fürsət tapıb.
 
İlin son əməliyyatı klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu üzərində həyata keçirilib. O, siyahıda yeganə kişidir. Klarnet ifaçısı nədən əməliyyat olunduğunu gizlədib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR