"Azərreyl"dən ayrılan Hali Ekerman özünə yeni iş yeri tapıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2015/2016 mövsümünün əvvəlində Bakı klubuna transfer olunan, dekabrda komandadan ayrılan amerikalı hücumçu karyerasını Puerto-Rikoda davam etdirəcək.

23 yaşlı Ekerman artıq "Ponse" ilə rəsmi müqaviləyə imza atıb. Ən azı mövsümün sonuna kimi bu komandada qalacaq voleybolçu bildirib ki, sabiq klubuna döndüyü üçün çox sevinclidir: "Artıq hər şey tam rəsmiləşib. Yenidən "Ponse"yə qayıtmışam və Puerto-Riko çempionatında meydana çıxmağımı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Ekerman "Azərreyl"ə məhz "Ponse"dən gəlmişdi.

Milli.Az