Co Bayden Ankaraya gedəcək

Co Bayden Ankaraya gedəcək
23:59 5 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu ay Türkiyəyə səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi elçisi Brett Makqerk bildirib.  

 

“Vitse-prezident bu ayın sonuna yaxın Türkiyəyə səfər edəcək”, deyə Makqerk brifinqdə jurnalistlərə bildirib

 

O əlavə edib ki, Türkiyə hökuməti İŞİD-lə mübarizədə səmərəli səylər göstərir və iki ölkə arasında  bu problemə dair əlaqələndirmə işi davam etdirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR