Ukrayna Rusiyanı Beynəlxalq Məhkəməyə verməyə hazırlaşır

Ukrayna Rusiyanı Beynəlxalq Məhkəməyə verməyə hazırlaşır
03:24 6 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Rusiyanı terrorçuluğa qarşı mübarizəyə dair konvensiyanı pozmaqda ittiham edərək BMT-nin Beynəlxalq Məhkəməsində  iddia qaldırmaq niyyətindədir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın ədliyyə naziri Pavel Petrenko “5-ci kanal” telekanalına müsahibəsində bildirib.

 

Nazirin sözlərinə görə, Ukrayna tərəfi artıq sübutları toplayıb və Rusiya tərəfi ilə qeyd olunan iş üzrə məhkəməyəqədər kommunikasiya prosesini yekunlaşdırmaq ərəfəsindədir və bundan dərhal sonra məhkəməyə müraciət niyyətindədir.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR