Ötən il ən çox insan həyatına son qoymuş təbii fəlakət aprel ayında Nepalda baş verib və 9 min insanın həyatına son qoyub. Bu ölkədə yarım milyon insanın evsiz-eşiksiz qalması ilə nəticələnən zəlzələnin vurduğu zərər 4,8 milyard ABŞ dolları həcmində olub.
Sığorta şirkətinin hesablamalarına görə, ötən il təbii fəlakətlər dünya üzrə insanlara 90 milyard ABŞ dolları həcmində zərər vurub (2014-cü ildə isə 110 milyard dollar). Dəymiş zərərin təxminən üçdəbir hissəsi (27 milyard ABŞ dolları) sığortlanmış əmlak olub.
Hesabatda göstərilir ki, 2014-cü illə müqayisədə ötən il maliyyə baxımından sığorta şirkətləri üçün nisbətən sakit keçib, lakin ölüm hallarının sayı yüksək olub.