Nizami Kino Mərkəzi yeni ili “Delibal” filminin möhtəşəm qala-gecəsi ilə açacaq

Nizami Kino Mərkəzi yeni ili “Delibal” filminin möhtəşəm qala-gecəsi ilə açacaq
10:43 6 Yanvar 2016
449 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC 
Yanvarın 7–də Nizami Kino Mərkəzində AF Media şirkətinin təqdim etdiyi “Delibal” türk filminin qala-gecəsi keçiriləcək.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filmin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu, rejissor Ali Bilgin və yaradıcı qrupun digər üzvləri kino mərkəzin qırmızı xalısından keçmək üçün Bakıya gələcəklər.
Romantik dram janrında çəkilmiş bu film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir.
Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdi. Filmdə, həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və Toprak Sağlam çəkiliblər.
Filmin nümayişindən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_Kino_Merkezi_yeni_ili_Delibal_filminin_mohtesem_qala_gecesi_ile_achacaq-916329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR