Neftin qiyməti yenə düşdü

Neftin qiyməti yenə düşdü
16:16 6 Yanvar 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

Brent markalı neftin bir barelinin qiyməti 35 dollardan da aşağı enib. Ans Press-in məlumatına görə, neftin London birjasında qiyməti son 12 ilin ən aşağı səviyyəsinə düşüb. Qiymət 2004-cü ildəkindən də aşağı düşərək, 4.1% ucuzlaşıb. Hazırda Brent markalı neft 34.92 dollara təklif edilir.


Neftin qiyməti bu gün

Neftin qiymətində ötən ildən başlayan ucuzlaşma davam edir. Bu gün səhər “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 37,36 dollar təşkil edib.

Neftin qiymətinin aşağı düşməsi fonunda, rublun da qiymətində enmələr müşahidə ediləcəyi bildirilir. Belə ki, Moskva birjasında dolların məzənnəsi ilk olaraq, hələ 2014-cü il dekabrın 14 də qalxaraq 74 rubl təşkil edib. 

Bu gün məzənnə bir dollar 72 rubl 93 qəpik təşkil edir. Dollar bu həddə ilk dəfə 17 il əvvəl, 1998-ci ildə olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR