"Qalatasaray"da Podolski şoku

"Qalatasaray"da Podolski şoku
19:46 6 Yanvar 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Burak Yılmaz və Uesli Sneyder zədəli olmasından dolayı çətinlik çəkən Türkiyənin "Qalatasaray" futbol klubu daha bir şansızlıq yaşayıb.

ANS PRESS-in məlumatına görə, komandanın almaniyalı ulduzu Lukas Podolski də zədələnib. Beləki, sağ ayağından zədə alan futbolçu müalicə almaq üçün Almaniyaya gedib.

Onun nə vaxt Türkiyəyə qayıdacağı Almaniyada həkim müayinəsindən keçdikdən sonra bəlli olacaq.


Lukas Podolski

Podolski "Kayserispor"la keçirilən oyunun 55-ci dəqiqəsində zədələnəndən sonra yerinə meydana Sinan Gümüş çıxıb.


Uesli Sneyder - yarımmüdafiəçi

3 güclü oyunçusunu itirən "Qalatasaray" klubunun baş məşqçisi Mustafa Denizlinin işi çətinləşib. Belə ki, Burak Yılmaz hələ ki məşqlərə qatıla bilmir. Sneyderin isə zədəsindəki şişkinlik keçmədiyindən müalicəyə başlanılmayıb.


Burak Yılmaz - hücumçu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR