Əməkdar artist Tünzalə Ağayeva yerli və türk rejissorlardan təklif alıb. Lakin açıq-saçıq rol olduğundan təklifdən imtina edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi filmə çəkilmək arzusunu gizlətməyib:
"Yerli və türk rejissorlardan film təklifi almışam. İki filmdə də açıq-saçıq kadrlar olduğu üçün çəkilməkdən imtina etdim. Komediya janrında olan filmlərdə rol almaq istəyərdim. Yumor hissim güclüdür. İctimaiyyətdə özümü ciddi apardığım üçün insanlar qaraqabaq olduğumu düşünürlər".
Müğənni vaxtı olmadığından serialları izləmədiyini də deyib.
Milli.Az