Yeni ilin ilk reytinqi: Yığmamız irəlilədi

Yeni ilin ilk reytinqi: Yığmamız irəlilədi
14:05 7 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

FİFA yığmaların növbəti reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2016-cı ilin ilk siyahısında cüzi dəyişikliklər olub.

Bu da onunla bağlıdır ki, son 4 həftədə yığmaların iştirakı ilə az sayda oyun baş tutub. Həmin müddətdə heç bir qarşılaşmaya çıxmayan Azərbaycan millisi siyahıda 116-cı pillədə yer alıb.
 
Hesabında 296 xalı olan komandamız dekabrda açıqlanan siyahı ilə müqayisədə 1 pillə irəliləyib.
 
Robert Prosineçkinin yetirmələrinin mövqe dəyişikliyinə digər yığmaların nəticələri səbəb olub.
 
Belə ki, Kuba millisinin 45 pilləlik geriləməsi yığmamızı irəli salıb.
 
Millimiz və "qonşuları"
 
111 (110). Mərkəzi Afrika Respublikası - 302
111 (116) Mavritaniya - 302
113 (114). Çad - 301
113 (105). KXDR - 301
115 (115). Aruba - 298
116 (117). AZƏRBAYCAN - 296
117 (119). Türkmənistan - 294
118 (120). Efiopiya - 291
119 (121). Sent-Kitts və Nevis - 289
120 (122). Gürcüstan - 286
121 (123). Ermənistan - 285

Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayıb. Planetin nəhəngləri öz mövqelərini də qoruya bilib.
 
İlk "onluq"

1 (1). Belçika - 1494
2 (2). Argentina - 1455
3 (3). İspaniya - 1370
4 (4). Almaniya - 1347
5 (5). Çili - 1269
6 (6). Braziliya - 1251
7 (7). Portuqaliya - 1219
8 (8). Kolumbiya - 1211
9 (9). İngiltərə - 1106
10 (10). Avstriya - 1091
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də yeri və xalı dəyişməz qalıb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
 
4 (4). Almaniya - 1347
26 (26). Çexiya - 860
30 (30). Şimali İrlandiya - 825
54 (54). Norveç - 591
198 (196). San-Marino - 28

Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda 933 xalla 21-ci yerdə qərarlaşaraq, mövqeyini qoruyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR