Minskdə “kiberidmançılar” yarıaşcaq

Minskdə “kiberidmançılar” yarıaşcaq
20:03 7 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 7 yanvar, AZƏRTAC
Yanvarın 15-dən 17-dək Minskdə ən müasir kiberidman növləri – “Dota 2” və “Counter-Strike: Global Offensive” üzrə turnir keçiriləcək.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, ümumi mükafat fondu 500 min dollar olan turnirin keçirilməsi üçün kompyuter oyunları üzrə iki qlobal liqa -“StarLadder” (MDB) və “i-League” (Çin) qüvvələrini birləşdiriblər.
Təşkilatçılar bildiriblər ki, dünyanın ən güclü komandaları və oyunçuları Minskdə LAN-finala çıxmaq uğrunda mübarizəyə başlayıblar. Artıq bir neçə aydır ki, Avropa, MDB, Cənub-Şərqi Asiya, Amerika regionlarında və Çində virtual döyüşlər gedir.
Çempion tituluna əsas iddialılar sırasında “The International - Evil Geniuses”, “Frankfurt Major – OG”, “Team Secret”, “LGD”, “EHOME” üzrə dünya çempionları, habelə “Fnatic”, “Na`Vi”, “TSM” üzrə əfsanəvi “atıcılar” yer alıb.
“Dota 2” və “Counter-Strike: Global Offensive” üzrə cəlbedici döyüşlər 15 min tamaşaçı tutan “Minsk-Arena”da keçiriləcək. Tədbir üçün unikal oyun səhnəsi yaradılacaq, yayım üçün isə nəhəng ekranlardan istifadə olunacaq.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Minskde_kiberidmanchilar_yariascaq-916792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR