Mundialın 100 illiyi hansı ölkədə keçiriləcək?

Mundialın 100 illiyi hansı ölkədə keçiriləcək?
12:12 8 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2030-un final mərhələsi Argentina və Uruqvayda keçirilə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Cənubi Amerika ölkələri mundialın birgə təşkili üçün namizədliyini vermək iddiasındadırlar.

14 ildən sonrakı yarış dünya çempionatlarının 100 illik yubileyi kimi əlamətdar olacaq. 1930-cu ildə ilk belə yarışı təşkil edən Uruqvay 2-ci dəfə planetin ən mötəbər yarışını qəbul etmək niyyətindədir. Argentina isə 1978-ci ildə mundiala ev sahibliyi edib. Bu iki komanda ilk yarışın finalında da üz-üzə gəlib və meydan sahibləri çempion tituluna qovuşublar.
 
Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR