Ramin Musayev: "Heç birinin məsələsi həll olunmayıb"

Ramin Musayev: "Heç birinin məsələsi həll olunmayıb"
15:12 8 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqası klubları hələ də AFFA-ya borclarını ödəməyiblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu məlumatı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev verib.

"Qarabağ" və "Qəbələ" istisna olmaqla, çempionatda iştirak edən digər komandalar yanvarın sonlarına qədər AFFA-ya olan borclarını ödəməsələr, yeni transferləri qeydiyyata sala bilməyəcək, eyni zamanda heyətlərindəki əcnəbi futbolçuların xidmətindən yararlanmaq hüququndan məhrum olacaqlar.
 
"Qəbələ" klubu borc məsələsini federasiya ilə razılaşdırdığından, "qırmızı-qaralar" rahatlıqla transferlərini həyata keçirə bilərlər.
 
Klublar bir tərəfdən transferlər həyata keçirmələrinə baxmayaraq, borcun ödənilməsi məsələsində tələsmək istəmirlər. Ölkənin ali futbol qurumunun qoyduğu möhlətin başa çatmasına isə 21 gün vaxt qalıb.
 
Ramin Musayev həmin 8 komanda ilə bağlı problemin həll olunmadığını söyləyib: "Hələ hansısa bir yenilik yoxdur. Borcu olanlardan heç birinin məsələsi həll olunmayıb".
 
PFL rəhbəri Azərbaycan I divizionunda iştirak edən komandalarla bağlı isə analoji problem yaşamadıqlarını əlavə edib: "Birinci divizionda mübarizə aparan komandalardan elə də yüksək məbləğ tələb olunmur. Bu səbəbdən də həmin liqa komandaları bu baxımdan Premyer Liqa təmsilçilərindən rahatdılar".
 
Qeyd edək ki, AFFA klublara yanvarın 29-na qədər vaxt qoyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR