Putin məşhur idmançını təhqir etdi (VİDEO,FOTO)

Putin məşhur idmançını təhqir etdi (VİDEO,FOTO)
03:31 9 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Soçidə xokkey oynayan Rusiya prezidenti Vladimir Putin buz meydanını tatamiyə dəyişib.

ANS PRESS-in məlumatına görə, Rusiya lideri ölkənin cüdo üzrə milli komandası ilə birgə məşq edib.

Məşq prosesi Soçidə “Cənub İdman” mərkəzində təşkil edilib. Rusiya prezidenti cüdo yığmasının baş məşqçisi Eçio Qamba ilə bəzi fəndləri yerinə yetirib. Məşqdə həmçinin Olimpiya çempionları Mansur İsayev və Tahir Xaybulayev iştirak edib.



Xaybulayev Rusiya prezidentinin əla formada olduğunu qeyd edıb. Putin məşq zamanı sparrinq-rəqibi olan yığma üzvü Irina Zabludinanı xüsusi qeyd edib. “Bu qız elə “nastırnı”dır! O mənə deyir: "Mən sizi fəndə salıb atmalıyam ". Yapışır!”,- deyə təbəssümlə Putin bildirib. Daha sonra Putin cüdo yığmasının baş məşqçisi Eçio Qambaya Rusiya vətəndaşlığını təqdim edib.



Qeyd edək ki, Putin cüdo üzrə 8-ci dan qara kəmər sahibidir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Putini cüdo üzrə 8-ci dan qara kəmərə layiq görüb. Federasiyanın prezidenti Marius Vizer bildirib ki, Vladimir Putin Rusiyanın prezidenti və Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti olaraq, ideal cüdo təmsilçisidir. "Bu cür rütbəli və nüfuzlu bir insanın bizim sıralarımızda olması federasiyamız üçün böyük şərəfdir" deyə Vizer qeyd edib.



Qeyd edək ki, Vladimir Putin artıq 15 ildir cüdo ilə məşğul olur. İdmanın bu növündə ustalıq dərəcəsi 1-ci dandan 10-cu dana kimidir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR