Təyyarə tüstülənmə səbəbindən təcili eniş edib

Təyyarə tüstülənmə səbəbindən təcili eniş edib
08:22 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Toronto şəhərinə uçan, "Canadian Airlines" aviaşirkətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi  Qalifaks şəhərinin hava limanına dönərək təcili eniş edib.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.
 
Qalifaks hava limanının rəsmi nümayəndəsinin bildirdiyinə görə, havaya qalxandan az sonra pilot dispetçerə texniki nasazlıq haqda məlumat verib.
 
Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə hələlik məlumat verilmir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR