Axşam.az sorğunun cavablarını təqdim edir:
Xalq artisti Gülyanaq Məmmədova:
"2014-cü ildə "Maral" var idi. 2015-ci ildə yadıma gəlmir".
Əməkdar artist Elnarə Abdullayeva:
"Yadıma düşmür. Hansı mahnı gözəldirsə, o həmişə hit olur. Əgər bir mahnı oxunub 1 il ərzində hamı tərəfindən sevilirsə, sonra unudulursa, demək, o yaxşı bəstə deyil. Ona hit deməyin".
Əməkdar artist Teymur Əmrah:
"Azərbaycanda yaddaqalan heç bir mahnı olmadı".
Müğənni Vasif Məhərrəmli:
"Mənim "Qayıt gülüm" və Samir Piriyevin "Mələyim olarsan" mahnısı yadda qaldı.
Müğənni Nadir Qafarzadə:
"Yaxşı mahnılar elə mənim repertuarımdakılardı. Mahnılar qısaömürlü olur. Bir mahnını əzbərləyənə kimi, başqası çıxır, o unudulur".
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu:
"Ötən il yaddaqalan mahnı olmadı".
Aparıcı Səma Abbasova:
"Ramal İsrafilovun "Mənə səndən çox" mahnısı yaddaqalan oldu".
Aparıcı Cavid Gül:
"Yaşar Yusubun "Yanındayam" mahnısı yadda qaldı".
Müğənni Ramal İsrafilov:
"Mənim özümün "Gözlə məni" mahnım".
Aparıcı Zaur Kamal:
"Radioda dicey bir mahnını çox səsləndirirsə, demək sevilir. Funda Ararın "Bağışla" və Röyanın "Kesin bilgi"si çox sevildi".
Müğənni Ayan Babakişiyeva:
"Tünzalə Ağayeva "Sən tanımadığım doğmammısan" mahnısı yaddaqaldı".
Müğənni Xatun Əliyeva:
"Röyanın "Kesin bilgi"sini və Zamiqin bir mahnısını çox bəyəndim".
Aparıcı Zümrüd Qasımova:
"Mənim üçün Alim Qasımovun "Bir xatirədir" mahnısı".
Müğənni Samir Piriyev:
"Mələyim" və "Ay ürəyim" yaddaqaldı".
Müğənni Manaf Ağayev:
"Maral" və "Mələyim" dəbdə oldu".
Müğənni Gülay Zeynallı:
"Mənim üçün Abbas Bağırovun "Sev məni" mahnısı yadda qaldı".