Sökülən "Sovetski"nin ortasında tikinti başladı - FOTO

Sökülən "Sovetski"nin ortasında tikinti başladı - FOTO
15:05 10 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Artıq iki ildir ki, söküntü işləri aparılan "Sovetski" məhəlləsində tikinti işlərinə başlanılıb.

"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə bunu əks etdirən fotolar da yayılmağa başlayıb. Məhəllənin mərkəzi hissəsində başlanan tikinti işlərinə konteyner və ağır texnika cəlb olunub.

Hələ ki, sözügedən ərazidə hansı obyektin tikildiyi məlum deyil.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti söküntü işlərinə başlanan zaman orada yaşıllıq zolağının salınacağını bildirmişdi.

Mətbuatda "Sovetski"nin sökülməsindən sonra onun yerində salınacaq parkın layihəsinin də fotoları yayılmışdı:

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR