Ledi Qaqa Di Kaprioya sataşdı - VİDEO+FOTO

Ledi Qaqa Di Kaprioya sataşdı - VİDEO+FOTO
11:29 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən ekstravaqant müğənnisi, amerikalı Ledi Qaqa ABŞ-ın Hollivud şəhərində keçirilmiş "Golden Globe" mükafatlarının təqdimat mərasimində "Televiziya üçün ən mini-serial və ya filmdə ən yaxşı aktrisa" nominasiyasında qalib gəlib.

Ledi Qaqa "American Horror Story" serialının 5-ci mövsümündə baş rollardan birini oynayıb. 1942-ci ildən bəri təqdim olunan "Golden Globe"u Hollivuddakı Əcnəbi Media Assosiasiyası təsis edib. Bu mükafat önəminə görə "Oskar"dan sonra ikinci sayılır.

Milli.az TMZ-yə istinadən bildirir ki, 29 yaşlı müğənni mükafatı alarkən deyib: "Həyatımın ən möhtəşəm anlarından biridir. Serialın aktyor heyəti mənə imkanlarımı göstərməyə və "üzə çıxmağa" şərait yaratdı".

Ledi Qaqa nominasiiyada Kirsten Danst ("Fargo"), Sara Hey ("Flesh and Bone"), Felisiti Haffman ("American Crimes") və Kuin Latifanı ("Bessie) qabaqlayıb.

Mükafatın təqdimat mərasimində maraqlı olay yaşanıb. Ledi Qaqa səhnəyə çıxanda qonaqların və nominantların olduğu masaların arasından keçib. Bu zaman o, gülərək söhbət edən Leonardo Di Kaprionun qoluna toxunub.

Daha doğrusu, Ledi Qaqa qəsdən Di Kaprionu itələyib.

Di Kaprio müğənninin arxasında təəccüblə baxıb.

Videonu izləmək üçün şəklə klikləyin:

Ledi Qaqa Di Kaprioya sataşdı






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR