Məşhur aktrisa: "Çirkin qadın deyildim, mənə də təkliflər gəlirdi..." - FOTO

Məşhur aktrisa: "Çirkin qadın deyildim, mənə də təkliflər gəlirdi..." - FOTO
20:12 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İşıl Yücəsoy Türkiyənin ən sevilən sənətçilərindən biridir. 71 yaşlı sənətçi gənclik illərində müğənniliklə məşğul olsa da, daha sonra aktrisalığa meyl edib.

Bir vaxtlar "Ya səninlə, ya sənsiz" adlı mahnı ilə musiqi dünyasında səs-küy yaradan İşıl Yücəsoy  teatr səhnələrində yaratdığı obrazlarla, həmçinin "Çəmbərimdə gül oya" kimi fenomenə çevrilən seriallarla tamaşaçıların qəlbində taxt qurub. Son günlər "Hayat mucizelere gebe" adlı yeni serialı ilə gündəmdə olan aktrisa məşhur jurnalist İzzət Çapaya maraqlı müsahibə verib.
 
Aktrisanın duzlu-məzəli müsahibəsini Milli.Az publika.az-a istinadən təqdim edir: 
 
- Etiraf edim ki, sizdən bir az çəkinirəm.

- Niyə? De görək buna səbəb nədir?
 
- Nə bilim, sanki çox inadkarsınız.

- Belə deyim də, həyatım boyu inandığım prinsiplərimdən əsla vaz keçməmişəm. Bilmirəm, buna inadkarlıq demək olarmı. Məsələn, cənab Cüneyt Gökçərlə "Tamirci" adlı pyesi səhnəyə qoyurduq. Mənə demişdi ki, "Burada diz çök". Mən isə demişdim: "Məni diz çökməyə razı sal".
 
- Heç elə şey olar? Rol üçün diz çökmək lazımdırsa, bunu etməlisiniz axı.

- Elə deyil. Əvvəlcə bunun vacib olduğuna inanmalıyam. Mənə məntiqli gəlməsə, nə səhnədə, nə musiqidə, nə də şəxsi həyatda diz çökmərəm.
 
- Çətin qadınsınız yəni...

- Heç vaxt çətinliklərə boyun əyməmişəm. İllər öncə ilk albomumu çıxarmağa çalışanda, heç bir şirkət məni qəbul etmədi.
 
- Axı həm səsiniz, həm də özünüz gözəlsiniz. Niyə qəbul etmədilər?

- Çünki xarici mahnıları dəyişib oxuyurdular. Mən isə fərqli bir iş görmək, öz mahnılarımı yaratmaq istəyirdim. İnadkarlığım tutdu, menecerimə zəng edib soruşdum ki, "bu qədər pulum var, səndə nə qədər var?" Durub yanıma gəldi. Dedim ki, "bu gecə musiqi şirkəti yaradırıq". Bir gecənin içində şirkəti qurduq, albomumu öz şirkətimin etiketi ilə çıxardım.
 
- O vaxtlar sizə dəstək ola biləcək varlı adamlar, tanıdığınız fabrik sahibləri yox idi?

- İstəsəydim, olardı. Amma gələcəkdə insanların gözünün içinə utanmadan, çəkinmədən baxa bilməyi seçdim. Heç vaxt ayaqlarımı açıb, kiminsə məşuqəsi olmadım. Bunu tanrı da bilir, insanlar da... Əlimə çox fürsət keçib, ancaq istifadə etməmişəm. Çirkin qadın deyildim. Təbii ki, mənə də təkliflər gəlirdi.
 
- İndi də çox gözəlsiniz...

- Çox sağ olun. O vaxtlar məndən tələb olunanları etsəydim, daha yüksək mərtəbələrə çıxa bilərdim. Amma inandığım kimi yaşadım.
 
- Sənət həyatınızda ailənizdən dəstək almısınızmı?

- Ailəmdə hər kəs sənətlə məşğul idi. Babam və əmilərim klassik musiqiçi, xalalarım isə teatr aktrisası idilər. Rəssam Asim Yücəsoy əmimdir. Ancaq aralarında layiq olduqları yerə gələ bilməyən təkcə mənim atam Səlahəddin Yücəsoy olub.
 
- Niyə layiq olduğu yerə gələ bilməyib?

- Atam bir az tənbəl olub. Hamı onun Amerikaya gedib dünya şöhrətli bəstəkar olacağını gözləyirdi. O isə Kırklarəlində musiqi müəllimliyi etdi.
 
- Eşitdiyimə görə, rejissor Çağan İrmağı da ailənizdən hesab edirsiniz.

- "Unutursam fısılda", "Çemberimde gül oya", "Prensesin uykusu" kimi layihələrdə onunla birlikdə işləmişik. Bu ölkədə Çağan kimi adamlara yaxşı baxmalıyıq. Artıq yaşlanmışam, bu da vəsiyyətim olsun. Türkiyə Çağanı əl üstündə saxlamalıdır.
 
- Teatrı niyə labirintə bənzədirsiniz?

- İzmir Dövlət Teatrında olanda bir tamaşadan çıxıb o birinə qaçırdıq. Flirt etməyə belə vaxtımız qalmırdı. Tutaq ki, bunlara dözdük. Ancaq daim eyni insanlarla səhnəyə çıxmaq olar? Hər gün eyni yeməyi yemək olmaz axı. Həmişə eyni rejissor, eyni aktyorlar, aktrisalar olurdu. Mən sıxılıram, qardaş. Həm də həyatımda mütləq eşq olmalıdır, eşqə vaxt ayıra bilməliyəm.
 
- 45 yaşınız olanda həyatınıza eşqlərin ən gözəli daxil olub. Qızınız Meneviş dünyaya gəlib.

- Menevişim... Həkimlər deyirdilər ki, "körpəni dünyaya gətirə bilməyəcəksən. O doğulana qədər özün gəbərəcəksən".
 
- Təbii ki, yenə inadkarlıq etdiniz...

- Ölüm riskinə baxmayaraq, çox çətin şəraitdə körpəmi dünyaya gətirdim. Canım qızım Amerikada yaşayır, yeni evlənib.
 
- İşlə bağlı başınıza gələn ən maraqlı hadisə nə olub?

- Danışsam, roman olar ee. Məsələn, hamı mənə deyirdi ki, "səsin operaya uyğundur, dünya şöhrətli operaçı olacaqsan". Ancaq operanı sevmirdim. Gizli-gizli operaçılardan dərs aldım və səsimin operaya olan uyğunluğunu aradan qaldırdım (Gülür).
 
- Bayaqdan bəri soruşmaq istəyirəm, amma çəkinirəm. Zəki Mürənlə niyə küsmüşdünüz?

- Ona böyük hörmətim var. Əslində, küsməmişdim, sadəcə, mənə etdiyini ona yaraşdırmadım.
 
- Nə etmişdi ki?

- "Bir evet yeter" adlı mahnı ucbatından oldu. Mahnı yaratmaq uşaq dünyaya gətirmək kimidir. Ona əmək sərf edirsən. Zəki bəy mahnımı məndən xəbərsiz oxumuşdu. Halbuki, əvvəlcədən mənə xəbər verə bilərdi. Onunla uzun müddət dostluq etmişdik. Həftədə 2-3 dəfə məni dinləməyə gəlirdi. Hətta üçümüz - o, mən və Ajda Pekkan məkanların birində birlikdə səhnəyə çıxmışdıq. Birdən onun səsində öz mahnımı eşidəndə oturub ağladım. Ona o qədər çox dəyər verirdim ki, yaraşdıra bilmədim. İllər sonra eyni hərəkəti Kıraç da etdi.
 
- Əsəbləşməyin...

- Arada belə olur məndə. Hətta özümü sillələdiyim vaxtlar da olub.
 
- O necə olur?

- Bu, başıma həyatda 3 dəfə gəlib. Birində pulum, işim, qalmağa yerim yox idi. Həyat yoldaşımdan yeni ayrılmışdım. Qızımın 1 yaşı vardı. Çarəsiz vəziyyətdə idim. Sonra güzgüdə özümlə göz-gözə gəldim. O an nə düşündüyümü tam olaraq xatırlamıram, ancaq üzümə dəyən sillənin səsi hələ də qulağımdadır. Tez özümü yığışdırdım və dedim ki, "Sən İşıl Yücəsoysan. Bu uşaq sənə göydən zənbillə göndərilməyib. Bu uşaq sənin seçimindir. Ona görə də vəziyyətdən çıxış yolunu tapmalısan". O sillədən sonra özümü güclü hiss etdim, problemlərimi ən qısa zamanda həll edə bildim.
 
- Ağlınızdan "Unumu ələdim, ələyimi asdım" kimi fikirlər keçirmi?

- Ölərəm. Evdə oturub dolma bişirib, papaq hörəcəyəm? İşləməsəm, həqiqətən ölərəm. Allah məni səhnədə öldürsün.
 
- İllər boyu hamı sizi dinləyib. Bəs siz kimləri dinləyirsiniz?

- Elə insanlar var ki, səsini eşidəndə ağlayıram.
 
- Kimlərdir onlar?

- Məsələn, Yonca Lodi və Candan Ərçətin belə səslərdəndir. Çünki sözlərin mənalarını bizə hiss etdirə bilirlər. Onlar mahnını ifa edəndə işin içinə teatr da daxil olur.
 
- "Hayat mucizelere gebe" serialını niyə qəbul etdiniz?

- Bu seriala kimi düz 8 layihədən təklif gəlmişdi. Hamısını rədd etdim. Çünki bir rol var, onu mənə yapışdırmaq istəyirlər. Mən sənətçiyəm, fərqli rollarda olmaq istəyirəm. O qədər "xanımağa" rolunda olmuşam ki, hətta taksiyə minəndə belə "Əstağfurullah xanımağam" deyib pul almaq istəməyənlərlə qarşılaşırdım. Bu serial üçün gələn ssenarini oxuyanda çox güldüm. Ona görə də təklifi qəbul etdim. Heç belə bir obraz canlandırmamışdım. Serialda namaz qılan, oruc tutan, batil inancları olan, əlində təsbehlə gəzən bir qadınam.
 
- Bəs yenidən musiqiyə qayıtmağı düşünürsünüzmü?

- Kim məni görsə, deyir ki, "Niyə mahnı oxumursan, səsin üçün darıxmışıq". Əvvəllər olsa, təşəkkür edərdim. İndi isə deyirəm ki, "Bağışlayın, amma mən mahnı oxuyanda albomlarımı alırdınızmı, məni dinləməyə gəlirdinizmi? Necə darıxmısınız, mən anlamadım".
 
- Amma həqiqətən darıxanlar var.

- İllər öncə aşiq olmuşdum. Həmin vaxt İsgəndər Doğanın sözlərinə mahnı bəstələmişdim. Onu oxuyacam. Sağ olsunlar, bəzi sənət dostlarım mənə yaxşı mahnılar veriblər. Mart ayında yeni albomumu çıxaracam. Konsert də verəcəm. 70 yaşı keçən birindən bundan artıq daha nə gözləyirsiniz? Bəlkə bir də evlilik olar. İstəyirəm ki, həyat yoldaşım admiral olsun, altı ay yanımda qalsın, altı ay da gözümdən uzaq olsun. Yoxsa ürəyim sıxılar. (Qəhqəhə çəkir)

Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dodaq uçuqları əslində bu səbəbdən yaranırmış

26 Sentyabr 2017 08:03

Azərbaycanlı opera müğənnisi Cənubi Koreyada konsert verəcək

26 Sentyabr 2017 07:52

Çempionlar Liqasında II tur həyəcanı

26 Sentyabr 2017 07:44

Gerçək olduğuna inanmayacağınız əfsanəvi FOTOLAR

26 Sentyabr 2017 07:38

Bakıda minik maşını ilə yük avtomobili toqquşub

26 Sentyabr 2017 07:32

Bu gün Çempionlar Liqasında II tura start veriləcək

26 Sentyabr 2017 07:12

Elmə məlum olmayan heyvan tapıldı - FOTOLAR

26 Sentyabr 2017 06:58

Rusiya qırıcıları İdlibdə yaraqlıların obyektlərinə on zərbə endirib

26 Sentyabr 2017 06:57

Sabirabadda ər arvadını bıçaqladı

26 Sentyabr 2017 06:54

Karyerasını bitirmiş qapıçının adı "Bavariya"nın ÇL üçün iştirak ərizəsinə daxil edib

26 Sentyabr 2017 06:37

ABŞ Senatının ofis binasında 181 nümayişçi saxlanılıb

26 Sentyabr 2017 06:17

Ulduzlar Hollivuddan qaçır - SƏBƏB?

26 Sentyabr 2017 06:03

Turist avtobusu yük maşınına çırpıldı - 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 05:59

"Ganjlik Mall"ın qarşısında mübahisə bıçaqlanma ilə nəticələnib

26 Sentyabr 2017 05:42

Daş dövrünə aid silahlar, qadınların bəzək əşyaları - FOTO

26 Sentyabr 2017 05:08

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb

26 Sentyabr 2017 05:02

Cəlilabadda gənc ana intihar etdi

26 Sentyabr 2017 04:54

Elmlər Akademiyası metrostansiyasının önündə gənc oğlanı maşın vurub

26 Sentyabr 2017 04:42

Dünyanın ən bahalı brendləri - REYTİNQ

26 Sentyabr 2017 04:13

İngiltərə Premyer Liqasının yeni rekordçusu

26 Sentyabr 2017 04:09

BMT TŞ Myanmadakı vəziyyəti müzakirə edəcək

26 Sentyabr 2017 04:07

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

26 Sentyabr 2017 03:32

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 260 ədəd partlamamış sursat tapılıb

26 Sentyabr 2017 03:27

Yevlaxda 37 yaşlı kişi bıçaqlandı

26 Sentyabr 2017 03:03

Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

26 Sentyabr 2017 03:02

Çin “WhatsApp”ı blokladı

26 Sentyabr 2017 02:54

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02