Bakı, 11 fevral, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlər planını hazırlayıb.
Nazirlikdən AzərTAc-a bildirilib ki, plana əsasən, maliyyə-iqtisadi göstəricilərin, telekommunikasiya, peyk xidmətləri, radio və TV yayımı, radiotezliklərdən istifadə, poçt rabitəsi, tənzimləmə məsələləri, informasiya cəmiyyətinin inkişafı, beynəlxalq əlaqələr və digər məsələlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.