[ 30 Dekabr 2014 17:20 ]



Bakı – APA. Suriyanın şərqində terrorçuların qətlə yetirdiyi şəxslərin kütləvi məzarlığı aşkarlanıb.

APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, məzarlığı təsadüfən Əl-Bahra kəndinin sakinləri aşkar ediblər.

Suriyanın SANA dövlət informasiya agentliyinin məlumatına əsasən, öldürülənlərin əksəriyyəti “İslam dövləti”nə qarşı döyüşən şuaytat tayfasının nümayəndələridir. Onlar “Cebhat ən-Nusra” sıralarında vuruşublar.