Nizami Kino Mərkəzinin ekranında üç yeni amerika filmi - FOTO

Nizami Kino Mərkəzinin ekranında üç yeni amerika filmi - FOTO
13:52 12 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan "Sağ qalmış", "Çirkin səkkizlik" və "Salam, ata, Yeni il" adlı filmlərin nümayişinə başlanıb.

"Sağ qalmış" filmini Mark L. Smitin ssenarisi əsasında rejissor Alexandro Qonsales İnyarritu triller, vestern, macəra və dram janrında çəkib. Yaş məhdudiyyəti:18+

Amerika vəhşi qərbinin kəşf edilməmiş açıqlıqlarında ağır yaralanan ovçu Hyu Qlass yeni torpaqların tədqiqi ilə məşğul olan dostu Con Fitscerald tərəfindən satqıncasına ölümə tərk edilir. Bu vəziyyətdə Qlassın yeganə silahı - iradəsidir. O, vəhşi təbiətə, sərt qış şəraitinə və düşmən hindu qəbilələrinə meydan oxuyub sağ qalmaq və xain Fitsceralddan qısas almaq niyyətindədir...

Filmdəki rollara Leonardo Di Kaprio, Tom Xardi, Donal Qlison, Uill Poulter, Forrest Qudluk, Pol Anderson və başqa aktyorlar çəkiliblər.

Triller, dram, komediya, detektiv və vestern janrında çəkilmiş "Çirkin səkkizlik" filminin rejissoru və ssenari müəllifi Kventin Tarantinodur. Yaş həddi:18+

Əfsanəvi cinayətkar qənimi Con Rut qadın məhbusu müşayiət edir. Yolda onlara bir ovçu da qoşulur. Tufanlı qar havası onları yaxında yerləşən dükanda sığınacaq tapmağa məcbur edir. Artıq ora müxtəlif amallara qulluq edən dəstə yığışıb: general, şerif, meksikalı, fransız və kоvboy...

Yalnız dəstədən biri həqiqətdə kim olduğunu gizlədir...

Filmdə baş rolları Kurt Rassel, Semuel L.Cekson, Tim Rot, Maykl Medsen, Cennifer Ceyson Li, Uolton Qoqqins, Demian Bişir, Bryus Dern, Ceyms Parks, Dena Qurye və başqa aktyorlar canlandırıblar.

"Salam, ata, Yeni il" komediyasını rejissor Şon Anders lentə alıb. Yaş həddi:16+

Ailəli olan keçmiş arvadının yanına qayıdan iki uşaq atası, uşaqlarının diqqət və sevgisini qazanmaq üçün atalıqla rəqabətə girir...

Filmdə Uill Farrell, Mark Uolberq, Linda Kardellini, Tomas Xeyden Çerç, Skarlet Estevez, Ouen Vakkaro, Bobbi Kannavale və başqa aktyorlar çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/397202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR