Ötən il "ASAN xidmət" mərkəzləri vasitəsilə 260-dan çox lisenziya verilib

Ötən il "ASAN xidmət" mərkəzləri vasitəsilə 260-dan çox lisenziya verilib
17:28 12 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 12 yanvar, AZƏRTAC
2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si isə regionların payına düşür.
Qeyd edək ki, sahibkarlıq subyektlərinə lisenziyaların “ASAN xidmət” mərkəzləri tərəfindən verilməsinə 2015-il noyabrın 5-dən başlanılıb.
Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilir və onların verilməsi üçün rüsumların məbləğı orta hesabla 2 dəfə azaldılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR