Barak Obama müsəlmanlarıa nifrəti pisləyib

Barak Obama müsəlmanlarıa nifrəti pisləyib
08:12 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama ekstremistlər tərəfindən törədilən terror aktları ilə əlaqədar müsəlmanlara yönələn nifrət və zorakılığı pisləyib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ lideri Barak Obama Amerika Konqresi qarşısında prezident qismində son çıxışı zamanı bildirib.
"Siyasətçilər müsəlmanları təhqir edəndə, onların məscidlərini təhqir edəndə, uşaqlarını pis sözlə adlandıranda, bu bizə təhlükəsizlik gətirmir. Bu bütün dünyanın gözündə bizim etibarımızı azaldır, bu bizim ölkənin mahiyyətini ələ verir", - deyə o əlavə edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR