Adı Ronaldonun, "dadı" Messinin - Foto

Adı Ronaldonun, "dadı" Messinin - Foto
10:45 13 Yanvar 2016
118 İdman
Ölkə mətbuatı
A- A+

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun "Qızıl top" mükafatı uğrunda yarışda növbəti dəfə Lionel Messiyə uduzması vətənində etirazla qarşılanıb.

Milli.az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun doğulduğu Madeyra şəhərindəki heykəli bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.

Sürixdəki ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimindən sonra kimliyi bilinməyən bir qrup şəxs heykəlin kürək nahiyəsinə qırmızı boya ilə Messi və argentinalı futbolçunun geyindiyini formanın nömrəsi olan "10" rəqəmini yazıb.

Qeyd edək ki, braziliyalı heykəltəraş Rikardo Velosa tərəfindən hazırlanan heykəlin açılış mərasimi 2014-cü ilin dekabr ayında baş tutub.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR