“Gənclik” voleybol komandası “Azəryol”a qalib gəlib

“Gənclik” voleybol komandası “Azəryol”a qalib gəlib
11:23 13 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının təxirə salınmış VIII turu çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Gənclik” komandası “Azəryol”u qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Gənclik” komandası 3:2 hesabı ilə qalib gəlib.
Turnir cədvəlinə 20 xalla “Telekom” komandası liderlik edir. “Azərreyl” 19 xalla ikinci, “Lokomotiv” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclik_voleybol_komandasi_Azeryola_qalib_gelib-917993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR