Bakıda yaşayış evi yanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytrına istinadən verdiyi məlumata görə, yanvarın 12-də saat 01 radələrində Nərimanov rayonunun Atatürk prospektində yaşayan Afiq Abdullayevin evində təbii qaz sızmasından yanğın baş verib. Nəticədə yanıq xəsarəti alan A.Abdullayev və qohumu Xuraman Həsənova xəstəxanaya yerləşdiriliblər.
Milli.Az