Lənkəran Teatrında 20 Yanvar faciəsinə həsr edilmiş yeni tamaşa nümayiş olunub

Lənkəran Teatrında 20 Yanvar faciəsinə həsr edilmiş yeni tamaşa nümayiş olunub
19:19 13 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 13 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 13-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Ağaddin Babayevin 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr olunmuş “Qanlı Yanvar” adlı yeni tamaşasının nümayişi olub.
AZƏRTAC xəbər verir ki, 26 il öncə Bakıda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar Artist Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşa rayonun ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdləri tərəfindən maraqla qarşılanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeran_Teatrinda_20_Yanvar_faciesine_hesr_edilmis_yeni_tamasa_numayis_olunub-918209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR