“Brent” nefti psixoloji hədd sayılan 30 dollardan da ucuz satılıb

“Brent” nefti psixoloji hədd sayılan 30 dollardan da ucuz satılıb
18:58 14 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 yanvar, Nihad Budaqov, AZƏRTAC
Dünya birjalarında “Brent” markalı neftin bir barreli 2004-cü ilin fevralından bu vaxtadək ilk dəfə psixoloji hədd sayılan 30 dollardan ucuz satılıb.
AZƏRTAC xəbər verir ki, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin barrelinin qiyməti 29,69 dollaradək geriləyib. Hazırda isə “Brent”in qiyməti nisbətən bahalaşaraq 30,48 dollara satılır.
Analitiklər isə “Brent” neftinin qiymətinin hələ ki 30 dollarda qalacağını bildiriblər. Əgər qiymət bu səviyyədən də aşağı düşərsə “Brent” 25 dollaradək geriləyə bilər.
“Layt” markalı neftin bir barreli isə hazırda Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında 30,99 dollara satılır.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR