Aktyor Cimmi Morales Qvatemala prezidenti vəzifəsinin icrasına başlayıb

Aktyor Cimmi Morales Qvatemala prezidenti vəzifəsinin icrasına başlayıb
09:03 15 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Komediya aktyoru Cimmi Morales Qvatemala prezidenti vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC Telam agentliyinə istinadla xəbər verir ki, inauqurasiya mərasimi paytaxt Qvatemala şəhərindəki milli teatrda keçirilib. Ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərinin ikinci turunda Morales ölkənin sayca 50-ci prezidenti seçilib.
Mərasimdə 10 ölkənin dövlət başçıları, həmçinin ABŞ-ın vitse-prezidenti Co Bayden iştirak edib.
Qırx altı yaşlı prezident dörd uşaq atasıdır. O buna qədər bizneslə məşğul olub və həmçinin ölkədə komediya janrında rollar ifa edən aktyor kimi tanınıb. Hər bazar günləri yerli televiziyada onun iştirakı ilə insanlar arasında populyar olan yumoristik proqram efirə gedirdi. Eyni zamanda o, müdafiə və təhlükəsizlik sahəsi üzrə magistr dərəcəsi də alıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR