Yanacaqdoldurma məntəqəsinə silahla basqın edən şəxs tutuldu

Yanacaqdoldurma məntəqəsinə silahla basqın edən şəxs tutuldu
13:19 15 Yanvar 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Masallı rayonunda törədilmiş quldurluq əməlinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də saat 05 radələrində Masallı rayonunun Sərçuvar kəndində yerləşən “Sərçuvar Petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Rafiq Qafarovu və Nağı Həsənovu hədələyib tüfəngdən havaya atəş açaraq pul vermələrini tələb edib, istədiyinə nail ola bilmədiyindən hadisə yerini tərk edib.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Cəlal Cəlalzadə tutulub, hadisəni törədərkən istifadə etdiyi “İJ -58” markalı tüfəng götürülüb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR