Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın sonunda “Sandens” film festivalında kinorejissor Spayki Linin dünya şöhrətli pop ulduzu Maykl Ceksonun həyatından bəhs edən “Michael Jackson's Journey From Motown to Off the Wall” (Maykl Ceksonun Motovndan Valladək səyahəti) sənədli filmi nümayiş olunacaq.
AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, filmdə pop-musiqi kralının həyatının ən vacib anlarından biri təsvir olunur. Rejissor Maykl Ceksonun 1979-cu ildə “Of the Wall” albomunun yaradılması zamanı “Motown” səsyazma studiyası ilə münasibətlərinin necə olduğunu göstərir. Filmdə Cekson ailəsi üzvlərinin, Farrel, Li Deniels, Con Lecendin müsahibəsi və arxiv materiallarından istifadə olunub. Filmin premyerası yanvar ayının sonlarına planlaşdırılıb.
Xatırladaq ki, Spayk Linin filmi Maykl Cekson haqqında yeganə lent deyil. "Warner Brothers" şirkəti pop-musiqi kralının həyatının son 4 ayı barədə serial hazırlayır.
Süjet Tevis Smaylinin “Siz məni mühakimə etməzdən əvvəl: Maykl Ceksonun son günlərinin triumfu və faciəsi” kitabı əsasında qurulub.