Bakı, 11 fevral, AzərTAc
Fevralın 11-də Vergilər Nazirliyinin yaradılmasının 15-cü ili tamam olur və bu gün vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Bununla bağlı vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov başda olmaqla nazirliyin və tabeli qurumların nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olunub, onun abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra nazirliyin əməkdaşları Şəhidlər xiyabanına gələrək şəhid məzarlarının üzərinə al qərənfillər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.