Bakı Slavyan Universitetində “Qanlı Yanvar” filmi nümayiş olunub

Bakı Slavyan Universitetində “Qanlı Yanvar” filmi nümayiş olunub
20:03 15 Yanvar 2016
77 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi nümayiş olunub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev 26 il öncə Azərbaycan xalqının azadlıq, müstəqillik, toxunulmazlıq uğrunda apardığı mübarizə dolu bir gecədə yaşanılan dəhşətləri ürək ağrısı ilə xatırlayıb.
Sonra “Qanlı Yanvar” bədii filmi nümayiş olunub. 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən film müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev “Qanlı Yanvar” filmi barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin sonunda rektor belə bir filmi ərsəyə gətirdiyinə görə filmin rejissoruna və bütün yaradıcı qrupa minnətdarlığını bildirib, BSU-nun təşəkkürnaməsini ANS-in nümayəndəsinə təqdim edib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR